Gənc qadın küçədə qəfildən ölüb

Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı dayanacaqda baş verib. Belə ki, rayonun Mahmalar kənd sakini, 1992-ci il təvəllüdlü Aygün İlqar qızı Şibliyeva dayanacaqda marşrut gözləyən zaman qəfildən halı pisləşərək yıxılıb. Hadisə yerində olan sakinlər dərhal ona kömək etməyə və yerdən qaldırmağa çalışıblar. Lakin A.Şibliyeva orada ölüb. Gənc qadının ölüm səbəbini dəqiqləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, A.Şibliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasının işçisi olub. Hadisə A.Şibliyeva işdən çıxıb evinə gedərkən baş verib. Faktla bağlı araşdırmalara başlanılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












