Gəncə işi ilə bağlı yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı

Avtosfer.Az-ın Musavat.com-a istinadən məlumatına görə, DİN mətbuat xidmətindən daxil olan məlumatlarda bildirilir ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.
Əliyev Akif İsmayıl oğlu - 1966-cı ildə anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.
Bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.
Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.
Həmçinin mətbuata bilə-bilə yalan məlumat yaymaqla suçlandırılan daha 2 saytın –“gununsesi.info” və “teref.info”-nun vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.
Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.
Musavat.com-a göndərilən məlumatda daha sonra vurğulanır: "Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəkdir".
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












