Gəncə olaylarına görə axtarılan şəxs - Rusiyada saxlanıldı

Gəncə hadisələrinə görə Azərbaycanın axtarışa verdiyi şəxs ötən gün Rusiyanın paytaxtı Moskvada saxlanılıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. Bu ilin iyulundan İnterpol xətti ilə axtarışda olan və adı qeyd olunmayan 34 yaşlı şəxs Azərbaycan CM-nin “terrorozim”, “qəsdən adam öldürməyə cəhd”, “qanunsuz silah dövriyyəsi”, “dövlət qulluqçusunun həyatına qəsd”, “hakimiyyətin zorla ələ keçirilməsi”, “qanunvericiliklə nəzərdə tutulmayan silahlı qruplaşma yaratmaq”, “dövlətə qarşı yönələn ictimai çağırışlar etmək” maddələri ilə axtarışa verilib. İstintaq məlumatına görə, həmin şəxs Gəncə şəhərində baş verən iyul hadisələri ilə əlaqəlidir. Onun saxlanılması ilə bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb. Xatırladaq ki, bu ilin iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılıb. Baş prokuror Zakir Qaralov ötən ay açıqlamasında 77 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, 11 nəfər haqqında axtarış elan edildiyini, axtarışda olan 2 nəfərin isə tutularaq ölkəyə gətirildiyini bildirmişdi.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












