Gəncə sakinində heroin və psixotrop maddələr aşkarlanıb

Mayın 11-də Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2.304 qram artıq narkotik vasitə və xeyli sayda psixotrop maddə olan həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan APA-ya verilən məlumata görə, mayın 11-də Gəncə BPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İlkin Orucov saxlanılıb. Əvvəllər məhkum olunmuş İlkin Orucov saxlanılarkən üzərindən 2.304 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilmiş və oradan güclü psixotrop təsirə malik olan 105 ədəd 50 mq-lıq “Tramadol” həbləri, 10 ədəd 200 mq-lıq “Tramadol” həbləri və 7 ədəd 300 mq-lıq “Lirika” həbləri aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










