Gəncə sakinini döyərək pulunu alan şəxslərin məhkəməsi başlayır

Gəncə şəhər sakinini döyərək quldurluq etməkdə təqsirləndirilən Vüsal Məmmədov, Ramazan Allahverdiyev və Röyal Səfərovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, hadisə bu il iyunun 13-də Gəncə şəhəri ərazisində baş verib. Belə ki, 3 nəfər şəhər sakini Ceyhun Çıldırlını döyüb və daha sonra 170 manat pulunu və mobil telefonunu alıblar.
Kəpəz rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri - Vüsal Məmmədov, Ramazan Allahverdiyev və Samux rayon sakini Röyal Səfərov saxlanılıblar.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










