Gəncədə baş verən partlayışla bağlı 2 maddə ilə cinayət işi başlandı

Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb. Avtosfer.az Trend-ə istinadən məlumatına görə, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğu və və Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Faktla bağlı zəruri ekspertizalar təyin olunub və istintaq hərəkətləri aparılır. Xatırladaq ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb, nəticədə 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar












