Gəncədə evlərə basqın edən şəxsin ibtidai istintaqı başa çatıb

Gəncədə oğurluq və quldurluq etməkdə təqsirləndirilən Aytən Allahverdiyeva, Şaiq Hacıyev, Adil Nuriyev, Elxan Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Cinayət işi üzrə 15 zərərçəkmiş var. Qeyd edək ki, həmin şəxslər Gəncə şəhərində müxtəlif yerlərdə evlərdən oğurluq və quldurluq ediblər. Belə ki, bu il fevralın 26-da Gəncə şəhərinin Cavadxan qəsəbəsində quldurluq edən şəxslər - Goranboy rayon sakinləri - Elxan Yaqubovun və Adil Nuriyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində Şaiq Fəxrəddin oğlu Hacıyev və onunla birgə qeyri-rəsmi yaşayan Aytən Dəmir qızı Allahverdiyevanın da əli olduğu məlum olub. Belə ki, taksi sürücüsü olan Ş.Hacıyev və A.Alahverdiyeva əvvəlcədən soyacaqları evi müəyyən edərək sonradan qrup şəklində çalışdıqları E.Yaqubova və A.Nuriyeva bildiriblər. Əməliyyat zamanı məlum olub ki, saxlanılan dəstə Gəncə şəhəri ilə yanaşı, Goranboy, Şəmkir, Tovuz və başqa rayonlarda da müxtəlif evlərə girərək oğurluq və quldurluq ediblər. Onlar sonuncu dəfə isə Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən evlərin birinə giriblər. Lakin həmin evdə kirayədə yaşayan şəxsin Daxili İşlər Nazirliyinin “102" xidmətinə zəng edərək maskalı və silahlı şəxslərin onun yaşadığı evə basqın etdiyi barədə verdiyi məlumata əsasən saxlanılıblar.
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ








