"Gənclik Mall"ın ətrafı tam dəyişəcək — AÇIQLAMA

Gənclik metrosu ətrafında aparılan müşahidələr göstərir ki, zolaqların çoxluğu əslində tıxacı artıran amillərdən biridir. Avtomobillər zolaqlara bölünsə də, axının nizamsızlığı səbəbindən qısa müddətdə sıxlıq yaranır. Pik saatlarda bu yığılma bütün zolaqlara yayılır və yaxın küçə və prospektlərdə də sıxlıq yaradır. Zolaqların sayı tıxacın ölçüsünü artıran faktor kimi görünür. Bu araşdırma göstərir ki, ərazidə hərəkət axını və zolaqların təşkili daha diqqətlə öyrənilməlidir.
Avtosfer.az xəbər verir ki, problem ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a bildirib ki, Gənclik metrosunun qarşısında zolaqların sayı kifayət qədər çoxdur:
“Lakin problem zolaq çoxluğundan qaynaqlanmır. Əsas sıxlıq “Gənclik Mall” istiqamətinə dönən nəqliyyat vasitələrinin yaratdığı yüklənmə ilə bağlıdır. Bu istiqamətə sağa dönən avtomobillər həm işıqfora, həm də piyada keçidinə görə dayanmalı olur. Nəticədə həmin nöqtədə ləngimə yaranır. Dönən avtomobillərin sayı çox olduğundan bu ləngimə qısa vaxtda yığılıb tıxaca çevrilir. Arxa hissədə zolaqların çox olmasına baxmayaraq, tıxac bütün zolaqlara yayılır”.
O deyib ki, məhz hərəkətin bu nöqtədə dayanması və axının kəsilməsi ilə bağlıdır:
“Bu səbəbdən ərazidə hərəkətin təşkili ilə bağlı müəyyən təkliflər hazırlanıb. Yeraltı parkinqə girişin daha rahat təşkili və dönüş trayektoriyasının dəyişdirilməsi ilə bağlı variantlar müzakirə olunub. Bu dəyişikliklər tətbiq edilərsə, həmin nöqtədə yaranan sıxlığın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Hazırkı vəziyyətdə isə bu sahədə tıxac günün əksər saatlarında müşahidə olunur”.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












