General-leytenant rütbəsi alan sərhədçilər kimdir?

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 hərbi qulluqçusuna “general-leytenant” ali hərbi rütbəsi verilib.
Bunlar general-mayor Babək Mürsəl oğlu Ələkbərov, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov və general-mayor Faiq Həmzəağa oğlu Məmmədovdur.
General-leytenant ali hərbi rütbəsi verilən Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
General-leytenant Aqşin Məhərrəmov Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır. A.Məhərrəmov Vətən müharibəsində iştirak edib və bir neçə medalla təltif olunub.
General-leytenant Faiq Məmmədov Dövlət Sərhəd Xidməti Akademiyasının keçmiş rəis əvəzi olub. F.Məmmədov hazırda DSX rəisi general-polkovnik Elçin Quliyev müşaviridir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












