"General Motors" kütləvi ixtisarlara və zavodları bağlamağa başlayır

ABŞ-ın iri avtomobil istehsalı konserni "General Motors" (GM) 2020-ci ilin sonuna xərclərin azaldılması, kütləvi ixtisarlar və qeyri-rentabelli avtomobil markalarının buraxılmasının dayandırılması hesabına sərbəst gəlirlərin 6 milyard dollar artırılmasını qarşısına məqsəd qoyub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, "General Motors"un baş direktoru Meri Barra deyib: "Biz şirkətimizin uzunmüddətli uğuru üçün dəyişən bazar şərtlərini qabaqlamağın zəruriliyini anlayırıq". "General Motors" ötən 4 ildə krossover, yolsuzluq avtomobilləri və yük maşınlarının istehsalını artırmaq üçün 17,6 min əməkdaşın çalışdığı müvafiq müəssisələrə 6,6 milyard dollar investisiya yatırıb. 2019-cu ildə həmin resurslar ayrılmayacaq, bu isə o deməkdir ki, Detroyt, Ohayo ştatı və Oşava şəhərindəki zavodlar bağlanacaq. Şimali Amerika hüdudlarından kənarda daha iki zavod da işini dayandıra bilər. İlin əvvəlində şirkət Cənubi Koreyanın Kunsan şəhərindəki zavodun bağlanmasını elan etmişdi. Artıq GM əməkdaşlarının 15 faizinin ixtisarına başlayıb. "Reuters" agentliyi "General Motors"un populyar olmayan 6 modelin - "Chevrolet Volt", "Chevrolet Impala", "Chevrolet Cruze", "Cadillac CT6" və XTS, həmçinin "Buick LaCrosse"nin buraxılışını dayandırdığını xəbər verir. Xatırladaq ki, "General Motors" dünyada iri avtomobil konsernlərindən biridir. Şirkətin 30 ölkədə müəssisələri var.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan tarixində hansı izləri qoyub? – Deputatlar AÇIQLADI
“İranla saziş imzalandı, hamını təbrik edirəm!” - TRAMP










