Generalın öldürüldüyü maşın azərbaycanlıya satılıbmış - TƏFƏRRÜAT

Bu gün Rusiyanın Moskva vilayətində generalın ölümü ilə nəticələnən terrorla bağlı təfərrüatlar məlum olub.
Avtosfer.az Rusiya mediasına istinadla bildirir ki, Balaşixada baş verən partlayış yerində PUA-nın təsiredici elementlərinin izləri tapılıb.
59 yaşlı Yaroslav Moskalikə sui-qəsd saat 10:30-da Nesterov bulvarındakı evinin yaxınlığında baş verib. General evinin girişindən çıxıb, işə yollanıb. Zabit yaxınlıqda dayanmış "Volkswagen" markalı avtomobilin yanından keçərkən partlayış baş verib.
Müəyyənləşib ki, avtomobil içərisinə yerləşdirilən əldəqayırma partlayıcı qurğu vasitəsilə partladılıb. Görünür, terrorçular bombanı uzaqdan işə salaraq öldürmək istədikləri şəxslərin binadan çıxmasını gözləyiblər.
O da ola bilər ki, onlar generalı hündürmərtəbəli binadakı mənzillərin birindən və ya yaxınlıqda kamera quraşdıraraq efir vasitəsilə izləyiblər.
O da məlum olub ki, “Volkswagen”in əvvəlki sahibi köhnə avtomobili hələ yanvar ayında Azərbaycandan gələn qonaqa satıb. Daha sonra avtomobil 26 yaşlı kişinin əlinə keçib və o, xarici avtomobili bir həftə sonra yenidən satıb. Avtomobilin sonuncu sahibi Ukrayna ilə sərhəddə yerləşən Sumı şəhərinin 40 yaşlı sakini olub.
Bəzi məlumatlara görə, maşının sonuncu sahibi Rusiya pasportunu hələ 2015-ci ildə alıb. O da məlumdur ki, o, əvvəllər Mariupolda “Azovstal”da, ixtisar olunduqdan sonra isə mütəmadi olaraq Rusiyada yarımştat işləyib. Avtomobil sui-qəsd cəhdindən bir neçə gün əvvəl girişdə peyda olub.
Sui-qəsdin mahiyyətinə görə, mərhum böyük ehtimalla bir neçə ay izlənilib. Bu müddət ərzində terrorçular generalın tam gündəlik iş rejimini və fəaliyyətini öyrəniblər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












