Giləzi-Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yolun açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.
Son illərdə Azərbaycanda əsas magistral yollarla yanaşı, kənd yollarının salınması, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması ilə bağlı layihələr geniş vüsət alıb. Bu layihələr Xızı rayonunu da əhatə edib. Giləzi-Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yol da son illərdə kənd yollarının əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirilən layihələrin ardıcıl xarakter aldığını nümayiş etdirir. Belə yollar rayonlarımızda turizmin inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov əsaslı şəkildə yenidən qurulan yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Bu yolun tikintisi Prezident İlham Əliyevin 2018-ci ilin fevralında imzaladığı sərəncama əsasən həyata keçirilib. 600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir. Yol 4-cü texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 6 metr olan yol ikizolaqlıdır. Yolun yenidən qurulması zamanı genişmiqyaslı torpaq və asfalt-beton işləri görülüb. Yol boyunca 226 metr müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib. Bu yolun istifadəyə verilməsi Fındığan kənd sakinlərinin Giləzi-Xızı avtomobil yoluna və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomagistralına çıxışını təmin edir. Bu yolun yenidən qurulması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










