Gömrük iti maşından külli miqdarda narkotik vasitə aşkar etdi – FOTO + VİDEO

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Elnur Mirrəhim oğlu Əhədovun idarə etdiyi "Qaz-3110" markalı, 10-RS-660 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Avtosfer.az xəbər verir ki, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Yoxlama zamanı, xidməti it avtomobilin alt hissəsinə reaksiya verib və daha sonra minik maşını əsaslı yoxlanılıb. Nəticədə, maşının alt hissəsində gömrük nəzarətindən gizlədilmiş, hər biri ayrı-ayrılıqda şəffaf sellofana bükülmüş, ümumi sayı 130 ədəd yumru və uzunsov formalı bükümlər aşkar edilib.
Gömrük yoxlaması tam başa çatdıqdan sonra isə 94 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 3000 qram olan narkotik vasitə - həşiş, 36 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 500 qram olan narkotik vasitə - tiryək olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanıb və zəruri istintaq tədbirləri davam etdirilir.
Namiq
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI











