Gömrük mayoru işdən qovuldu - Rüşvətə görə

Dövlət Gömrük Komitəsinin (DGK) mayoru Ayaz Cəfərəliyev rüşvətə görə vəzifəsindən azad edilib. Avtosfer.az DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib. Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib. Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu və Rəhimov Rəşad İbrahim oğlu barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












