Gömrükdə yığılan cərimələr bu sahəyə sərf olunacaq - Qanun dəyişir

Gömrük işi sahəsində əldə edilən vəsait, cərimə və ödənişlərin istifadəsi qaydalarında dəyişiklik edilib.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr, gömrük yığımları və haqların (vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür.
Yeni qanuna əsasənə həmin vəsait dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri istisna olmaqla) sərf ediləcək.
Daha əvvəl yuxarıda qeyd edilən istisna Gömrük Məcəlləsində nəzərdə tutulmamışdı.
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












