Google-da böyük qalmaqal: "boss"lar iş yerini "eşq yeri"nə çeviriblər - FOTO

Android əməliyyat sisteminin yaradıcısı Endryu Rubin əxlaqsızlıqla və seksual qısnamalarda suçlanıb. Google korporasiyasının top-menecerlərindən biri olan 55 yaşlı amerikalı E.Rubin cəzalanmayıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Google menecerinə 90 milyon dollarlıq təzminat verərək onu işdən kənarlaşdırıb. 2013-cü ildə korporasiyanın qadın əməkdaşlarından biri Rubini əxlaqsızlıqda, seksual qısnamada suçlayıb. Qadının dediyinə görə, Rubin onu otel otağında oral seksə vadar edib. Google rəhbərliyi insidenti araşdırıb və Endryu Rubinin suçlu olduğuna qərar verib. 2014-cü ildə isə Google-un rəhbəri Larri Peyc əxlaqsız menecerin işdən qovulmasına əmr verib. Google-un baş icraçı direktoru Sundar Piçainin dediyinə görə, son iki ildə şirkət 48 əməkadaşını seksual qısnamalara görə işdən qovub və onların heç birinə təzminat ödənməyib. Lakin korporasiya E.Rubinə 90 milyon dollarlıq təzminat vermək qərarına gəlib. E.Rubin 2014-cü ildən bəri hər il 2 milyon dollar alıb. Növbəti ödəniş bu ilin noyabr ayında olmalı idi. E.Rubin iddiaları qəbul etmir: "New York Times-ın məqaləsində çoxsaylı yanlışlıqlar və təhriflər var. Kimsəni otel otağında oral seksə vadar etməmişəm. Bu "əhvalat" boşanma prosesində qalib gəlmək istəyən sabiq arvadımın yaydığı şayiələrdir. Üstəlik, mənə ödənmiş təzminatın məbləği də fantastik dərəcədə şişirdilib".
Fəqət, Google-da gerçəkdən də, iş yerini "eşq yeri" edən rəhbərlər var və onlar üçün çox pis örnək elə korporasiyanın bosslarıdır. 1998-ci ildə Google-u yaratmış Larri Peyc və Sergey Brinin məşuqələri vardı. Peyx şirkətin ilk texniki menecerlərindən biri, indi Yahoo-nun icraçı direktoru olan Marisa Mayerlə aşiq-məşuq olublar. Halbuki onların ikisi də ailələidir. Google-un sabiq baş icraçı direktoru Erik Şmidtin məşuqəsi isə katibəsi idi. Sergey Brinin də iş yerində məşuqəsi olub. İş o yerə çatıb ki, 2002-ci ildə Google-un hüquq departamentinin rəhbəri işləməyə başlamış Devid Drammond özünə məşuqə qismində işçisini, hüquq məsələləri üzrə baş menecer Cennifer Bleyklini seçmişdi. 2007-ci ildə onların oğlu doğulub. Drammondun arvadı bu "eşq"dən xəbər tutanda Bleykli işdən qovulub.



Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










