“Google”dan rekord gəlir – gündəlik 375 milyon dollar

İnternet şirkəti "Google" bu ilin 3-cü rübündə 33.7 milyard dollarla tarixinin ən yüksək rüblük gəlirini əldə edib. Analitiklərin "gəlir proqnozdan aşağıdır" qiymətləndirməsindən sonra, "Google"ın əsas şirkəti "Alphabet"in səhmləri ucuzlaşıb. "Google"ın ana şirkəti "Alphabet", 2018-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. Şirkətin iyul-avqust-sentyabrda gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21% artımla 27.8 milyard dollardan 33.7 milyard dollara qalxıb. Bu, "Google" tarixinin ən yüksək rüblük gəliridir. "Google" bu gəlirlərin 86%-ni və ya 28.9 milyard dollarını reklamlardan əldə edib. Ötən ilin 3-cü rübündə 6.7 milyard dollar olan şirkətin xalis mənfəəti bu ilin 3-cü rübündə 37%-lik artımla 9.2 milyard dollara yüksəlib. 2018-in 9 ayı ərzində isə "Google"ın cəmi gəlirləri 24 faiz artımla 97.5 milyard dollara, xalis mənfəəti isə 39%-lik artımla 21.8 milyard dollara çatıb. "Google"un gündəlik gəliri 375 milyon dollar, gündəlik xalis mənfəəti isə 102 milyon dollar olub. Bu rəqəmlər 2017-ci ildə isə müvafiq olaraq 308 milyon dollar və 75 milyon dollar səviyyəsində idi. 30 Sentyabr 2018-ci il tarixində kassasında 13.4 milyard dollarlıq nağd vəsaiti olan şirkətin gəlirlərinin "Wall Street"in analitiklərinin gözləntilərindən aşağı olması, ABŞ birjalarında "Alphabet" səhmlərinin 4 faiz ucuzlaşmasına səbəb olub.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












