Goranboyda 4 uşaq anası olan 23 yaşlı qadın itkin düşüb - FOTO

Goranboy rayonunda 23 yaşlı qadın itkin düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü Elvira İmran qızı Əzizova 5 gün öncə günorta saatlarında, rayonun Tatarlı kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
E.Əzizovanın nənəsi Savad Məmmədovanın dediyinə görə, 4 uşaq anası olan nəvəsinin heç bir təhsili yoxdur və onu himayəsində böyüdüb.
Nənəsi əlavə edib ki, E.Əzizovanın ailəsində problemi olmayıb: "Bütün qohum-tanışlarından maraqlanmışıq, heç kim onu görməyib. Övladları olan 4 və 5 yaşlı həmçinin 8 aylıq olan əkiz oğlanları analarının yolunu gözləyirlər. Hətta analarının getdiyi gündən bəri normal yemək də yemirlər. Xahiş edirəm nəvəmi görənlər bizə kömək etsin."
E.Əzizovanı görənlərdən, 055-990-12-79, 050-965-05-65, 050-364-18-69, 070-745-42-91, 051-501-51-61, 022-24-46-2-47, 022-24-46-3-20 nömrələrinə zəng vurmaları xahiş edilir.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
















