Goranboyda qardaşın bacısını qətlə yetirməsinin üstü 7 ildən sonra açılıb

Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.
Araşdırma zamanı məlum olub ki, R.Hüseynova 2011-ci ildə qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb. Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən A.Hüseynov saxlanılıb.
Məlumata görə, R.Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının yüngül həyat tərzi keçirdiyi və dəfələrlə xarici ölkələrə getdiyi bildirilir. Qohumları qadını qardaşlarından soruşanda onun Türkiyədə yaşadığı deyilib. Qardaşları dəfələrlə ona həyat tərzinə qarşı iradlar bildirsələr də, qadın deyilənlərə məhəl qoymayıb. Nəticədə 2011-ci ildə qardaşı A. Hüseynov onu boğaraq qətlə yetirib.
R.Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












