Göyçay çayında müvəqqəti alternativ yolun inşasına hazırlıq - VİDEO

Göyçay çayında müvəqqəti alternativ yolun inşası üçün hazırlıqlara başlanılıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, yolun salınmasına sel sularının səviyyəsi aşağı düşən kimi başlanılacaq. Müvəqqəti yol mövcud körpüdən təqribən 200 metr aralıda salınacaq.
Ötən gündən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Körpübinatikinti” ASC-nin tikinti briqadaları və ağır texnikaları əraziyə cəlb olunub. Hazırda ərazidə çaya qədər olan yolun avtoqreyderlə düzləşdirilməsi və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün axın istiqamətinin dəyişdirilməsi tədbirləri görülür.
Növbəti mərhələdə çay məcrasına dəmir-beton borular qoyularaq üzərində müvəqqəti yol salınacaq və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq. Sel sularının kəsildiyi andan bu işlərin bir həftə ərzində tam olaraq yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər.
Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb.
Müvəqqəti yolun salınması ilə paralel olaraq yaxın müddət ərzində mövcud körpünün bərpasına da başlanılacaq. Bunun üçün körpünün yuxarı hissəsində sol tərəfindəki çaysahili torpaq qatının selin təsiri nəticəsində dağılmasının qarşısının alınması üçün suistiqamətləndirici beton bəndin tikilməsinə başlanılır. Artıq bunun üçün ərazidə hazırlıq və mobilizasiya işləri aparılır.
Qeyd edək ki, iyun ayının 2-də axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 76.6 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçub.
Sel suları sutənzimləyici qurğunu yuması nəticəsində su yanaşma yolunun torpaq yatağına daxil olub. Nəticədə yolun torpaq yatağı yuyulub və körpüyə yanaşma yolunda uçqun baş verib. Uçmuş yol hissəsinin uzunluğu təqribən 25 metr, hündürlüyü isə 12.5 metr təşkil edir.
Kənar dayaq svay özülündə yuyulma prosesi getsə də, körpünün konstruksiyası olduğu kimi qalıb, yəni dayaqlarda çökmə prosesi getməyib.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










