Göyçayda körpünün uçmasına RƏSMİ münasibət - FOTO

Ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 74 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsini uçub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, sel suları sutəmizləyici qurğunu yuması nəticəsində su yanaşma yolunun torpaq yatağına daxil olub. Nəticədə yolun torpaq yatağı yuyulub və körpüyə yanaşma yolunda uçqun baş verib. Uçmuş yol hissəsinin uzunluğu təqribən 6-7 metr təşkil edir.
Körpünün özünə və dayaqlarına heç bir ziyan dəyməyib.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib.
Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün yanaşma yolunun bərpası istiqamətində addımlar atılacaq.




Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












