Göyçayda selin dağıtdığı körpü yenidən çöküb - Yolda tıxac yaranıb - FOTO

İyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılan 20 metrlik hissəsi yenidən bərpa olunsa da, bu gün həmin ərazidə çökmə baş verib. Avtosfer.Az APA-ya istinadla xəbər verir ki, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları cəlb olunub. Bu gün səhər saatlarından indiyədək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində fasilələrlə çətinliklər yaranıb. Körpüdə bərpa işlərinə başlanıb. Bir neçə dəfə yol bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşıb və sonradan açılıb.
Hazırda yola yenidən asfalt örtüyünün vurulması ilə əlaqədar körpünün üstündən avtomobillərin keçidi tamamilə dayanıb, tıxac yaranıb.
Qeyd edək ki, selin dağıtdığı avtompbil körpüsü bərpa işlərindən sonra iyunun 23-də istifadəyə verilmişdi.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












