Göyçayda uçan körpüdə hərəkət tezliklə bərpa olunacaq

Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpası üçün işlərə başlanılacaq. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Urfan Mütəllimov məlumat verib. Məlumata görə, bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və mütəxəssisləri Göyçay çayı üzərindəki dağılmış körpüyə baxış keçirib.
Onun yerində yeni körpünün və bir qədər aralıda isə alternativ körpünün tikintisi üçün müəyyən məsləhətləşmələr aparılıb.
S.Məmmədov çayda suyun səviyyəsi aşağı düşəndən sonra ərazidə inşaat işlərinə başlamaqla bağlı “Körpübinatikinti” ASC-yə göstəriş verib. U. Mütəllimov deyib ki, hazırda çayda su azalmağa doğru gedir: "İlk növbədə çayda suyun axın istiqamətinin dəyişdirilməsi, yəni suyun kənardan mərkəzə yönəldilməsi üçün tədbirlər görüləcək. Bu məqsədlə axşam saatlarında Göyçaya texnikalar gətiriləcək. Sonra isə beton borular üzərində müvəqqəti olaraq alternativ körpü inşa etməklə nəqliyyatın hərəkəti bərpa ediləcək. Alternativ körpünün tikintisi bir həftə ərzində başa çatdırılacaq. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər. Hazırda isə əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılır və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılır. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur".
U.Mütəllimov qeyd edib ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün 15 metr hissəsi dağılıb, qalan hissəsi möhkəmdir, bərpa etmək olar: “Mütəxəssislər körpüyə baxış keçirdikdən sonra qərara gəliblər ki, onun altındakı dəmir-beton dayaqların dağılmaq ehtimalı yoxdur, orada müəyyən bərpa və bərkitmə işləri görüləndən sonra həmin körpünü yenidən qurmaq olar. Əsas körpünün sol tərəfindəki çay sahili torpaq qatının selin təsiri nəticəsində yuyulmasının qarşısının alınması üçün beton bənd qurulacaq, ərazidə bərkitmə işləri görüləcək. Körpünün inşası işləri bir neçə aya başa çatdırılacaq”.
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Təmassız ödənişlərin sürətlə artımı ölkə iqtisadiyyatına necə təsir edir? – Mütəxəssis RƏYİ
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq










