Göygöldə baş verən qətlin təfərrüatı məlum olub

Göygöl rayonunda qadının əri tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Hacıməlik" dəirəsi adlanan ərazidə baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayeva ilə birlikdə evdən çıxıb. Onlar Şəmkir rayonuna işləməyə gedən zaman yolda aralarında mübahisə yaranıb. Qadın hər gün Şəmkirdə təsərrüfatda fəhlə işləməkdən yorulduğundan şikayətçi olub. Banka olan borca görə, ər və arvad Şəmkirə hər gün işləməyə gedirlərmiş. İlkin ehtimalara görə, bu gün də onlar Şəmkirə getmək üçün yola çıxıblar bu zaman qadın daha işə getmək istəmədiyini bildirib. Bu zaman əri ilə aralarında mübahisə yaranıb. F.Əsgərov arvadına çoxlu saydı bıçaq zərbələri vuraraq onu öldürüb. Daha sonra hadisə yerindən qaçıb. Məlumatlara görə, onun Murovdağ qəsəbəsində gizləndiyi məlum olub.
Qeyd edək ki, ailənin 3 övladı var.
Fakla bağlı Göygöl rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












