Gözəl Dəmirov Etimad İsmayılovu niyə öldürüb? - ŞOK AÇIQLAMA

Gözəl Dəmirov Etimad İsmayılovu “Glock” markalı tapança ilə qətlə yetirib. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Hürriyyət” qəzeti yayıb. Qəzet Dəmirovun polislər tərəfindən sürücüsünün telefonunun izlənilməsi sayəsində ələ keçdiyini bildirib. Nəticədə Dəmirovla bərabər sürücüsü Barış A.-da polislər tərəfindən saxlanılıb. Məhz burada Barış A.-nın avtomobilində cinayətdə istifadə edilən “Glock” markalı tapança aşkar edilib. Polisdəki ifadəsi zamanı Dəmirovun İsmayılovla birgə ticarət mərkəzi işlətdikləri, eləcə də qida və elektronika ticarəti sahəsində ortaq çalışdıqları bəlli olub. Dəmirov İsmayılova birgə çalışdıqları şirkətin 2%-ni verəcəyini bildirsə də, sonradan bəzi problemlər ucbatından bunu həyata keçirə bilməyib. Bundan sonra İsmayılov Dəmirovu təhdid edərək, gecikmə ucbatından zərər görəcəyini bildirib. Bundan sonra Dəmirov özü və ya övladlarına hansısa zərərin gələcəyini düşünərək, İsmayılovun ofisinə gedib və atəş açaraq onu öldürüb. Dəmirov polisə ifadəsində bildirib ki, İsmayılovu öldürməsəydi, bu addımı İsmayılov atacaqdı.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












