“Green Card”la bağlı YENİ QƏRAR

ABŞ rəhbərliyi ölkədə müvəqqəti vizayla qalan xaricilərin daimi yaşayış icazəsi (yaşıl kart - "Green Card") alması ilə bağlı qaydaları sərtləşdirib. Avtosfer.az xəbər verir ki, yeni qərara əsasən, mütləq istisnalar xaric olmaqla, müraciətlər yalnız şəxslərin öz ölkələrindən edilməlidir.
Bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) rəsmi "X" (keçmiş "Twitter") hesabı vasitəsilə məlumat yayıb.
Qurumdan bildirilib ki, bu addım immiqrasiya sistemindəki mövcud boşluqlardan sui-istifadə hallarının qarşısını almaq məqsədilə atılıb. Yeni qayda sayəsində "Green Card" müraciəti rədd edilən şəxslərin ABŞ-də qeyri-qanuni şəkildə qalmasının qarşısı alınacaq.
Rəsmi açıqlamada tələbə, turist və müvəqqəti işçi vizası ilə ABŞ-də olan şəxslərin ölkəyə yalnız qısamüddətli və konkret məqsədlərlə gəlməsinə icazə veriləcək:
"Mövcud sistem bu kateqoriyadan olan şəxslərin səfər müddəti bitdikdən sonra ölkəni tərk etmələri üçün nəzərdə tutulub. Onların ABŞ-də müvəqqəti qalması heç bir halda “Green Card” prosesinin ilk addımı kimi qiymətləndirilməməlidir".
Qeyd edək ki, yeni qayda ABŞ-də müvəqqəti viza ilə yaşayıb, statusunu ölkə daxilində dəyişmək istəyən minlərlə xarici vətəndaşın planlarına ciddi təsir göstərəcək.(Sfera.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












