Güclü külək 3 sağlam ağacı kökündən çıxardı - Bakıda

Bakıda müşahidə edilən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 3 sağlam ağac kökündən çıxaraq aşıb. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, ağaclar Səbail, Nəsimi və Yasamal rayonlarinda aşıb: "Yasamal və Xətai rayonlarında ağaclar təmiz əraziyə aşsa da, Nəsimi rayonunda (köhnə "Bakı" mehmanxanasının qarşısı, keçmiç "İliç" bağı) ağac dayanacağın üzərinə aşıb. Aşan ağaclar qarağac, qovaq və tut ağacları olub". Şöbə rəisi ümumilikdə güclü küləklə əlaqədar Bakıda 30-a yaxın ünvanda ağacların budaqlarının sındığını söyləyib. O.Məmmədov hazırda heyətin gücləndirilmiş iş şəraitində çalışdığını da nəzərə çatdırıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












