Güclü külək bəzi fəsadlar törədib - Şəmkirdə və Gədəbəydə

Şəmkir və Gədəbəy rayonlarında külək bəzi fəsadların yaranmasına səbəb olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir şəhəri ilə yanaşı bəzi kəndlərdə də küləkli hava şəraiti elektrik və rabitə xətlərini sıradan çıxarıb.
Bəzi fərdi evlərin dam örtükləri dağılıb. Rayonun Şeidlər və Qasımalılar kəndində elektrik enerjisinin verilməsi gecədən dayanıb, bir neçə fərdi evin dam örtüyü tamamilə dağılıb.
Analoji hadisə Gədəbəy rayonunda da qeydə alınıb. Güclü külək səbəbindən təsərrüfata və fərdi evlərə ziyan vurub. Elektrik naqillərinin sıradan çıxması nəticəsində bəzi kəndlərdə enerjinin verilməsi bir müddət dayanıb. Gədəbəy şəhərində bir neçə binanın dam örtüyünə zərər dəyib.
Hər iki rayonda aidiyyəti qurumlar tərəfindən küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür.
Hazırda küləkli hava şəraiti nisbətən azalıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












