Güclü külək Cəliabad və Masallıda bir sıra fəsadlar törədib - FOTO

Cəlilabad və Masallı rayonlarında əsən güclü külək bir sıra evlərə və təsərrüfatlara ziyan vurub.
“Report”un Aran bürosu xəbər verir ki, Cəlilabad rayonunun Abdullu kəndində Rövşən Ağayevə məxsus evin çardağı, eləcə də, təsərrüfat tövləsinin dam örtüyü küləyin təsirindən uçaraq yararsız hala düşüb.
Güclü külək yol boyu müxtəlif bölgələrdəki reklam lövhələrini də aşırdıb. Royonun Privelniye kəndində isə külək irigövdəli ağacları yollara aşırıb. Səhər saatlarından etibarən əlaqədar qurumların əməkdaşları aşmış ağacları yollardan kənarlaşdırıblar.
Külək elektrik təsərrüfatına da ziyan vurub. Ucqar dağ kəndlərində yüksəkgərginlikli elektrik naqilləri qırılıb, dirəklər isə aşıb. Nəticədə bir çox kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məmumata görə, hazırda rayona dəymiş ziyan dəqiqləşdirilir.
Səhər saatlarında etibarən əsməyə başlayan və iki saatdan çox davam edən güclü külək Masallıda da ciddi fəsadlar törədib. Şəhər ərazisində onlarla elektrik və rabitə dirəkləri aşıb, elektrik enerjisi verilişi kəsilib, 40-dan çox irigövdəli ağac aşıb. Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Güclü külək kəndlərdə 4 məktəb binasının, 10-a yaxın fərdi evin, şəhər ərazisində 3 sahibkarlıq obyektinin, 1 çoxmərtəbəli binanın dam örtüklərini uçurub.
Rayon Fövqəladə Hallar Komissiyasına müraciətlər daxil olmaqda davam edir. Ümumilikdə dəyən ziyanın həcmi dəqiqləşdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI



























