Banner

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Gündəm 11 Sentyabr 2018 14:04 Oxunub 1128
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayonlarda yağışın intensiv olacağı ehtimalı var

Azərbaycan ərazisində sentyabrın 12-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində sentyabrın 12-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək. Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. ETSN xəbərdarlıq edir ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh