Güclü leysanın yaratdığı sel körpünü uçurdu - VİDEO

İsmayıllıda güclü leysan və dolu xeyli fəsadlar törədib, ağaclar və elektrik dirəkləri aşıb, körpü uçub. Avtosfer.az xəbər verir ki, güclü yağış rayonda bir sıra fəsadlara yol açıb. Gecədən səhərədək yağan güclü leysan evlərə və hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib. Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki körpünü uçurub. Nəticədə də Sulut, Kələzeyvə və Sərsurə kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Rayonun dağlıq ərazidə yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnə Daxar və Zeyvə kəndlərinə isə güclü dolu düşüb. Buz parçaları meyvə bağlarına və əkin sahələrinə ciddi ziyan dəyib.
Sözügedən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb və bərpa edilməsi istiqamətində işlər aparılır.
Bu gün günorta saatlarında isə Zaqatalaya dolu yağıb. 10 dəqiqə davam edən və noxud iriliyində olan buz parçaları təsərrüfatlara ziyan vurub. Xüsusilə, meyvə bağlarına və taxıl sahələrinə xeyli zərər dəyib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












