Güclü qar səbəbindən avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Güclü qar yağması və yolun buz bağlaması səbəbindən Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars (Hərbi yol) avtomagistral yolunun Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli yük avtomobillərinin hərəkəti qadağan edilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb. Məlumatda bildirilir ki, digər avtomobillər hələlik yol polisi əməkdaşlarının nəzarəti altında dayanmadan hərəkət edə bilərlər. Yolda hər hansı səbəbdən dayanma ciddi problemlərə səbəb olduğu üçün avtomobillərin dayanması qadağan edilib. Qar və bəzi ərazilərdə yağışların intensiv xarakter alması, havaların kəskin soyuması səbəbindən yolun nə zaman tam açılacağı barədə məlumat verilmir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












