Güclü siklon yaxınlaşır: 300 min insan təxliyə olunub

Hindistanın şərqindəki Orissa ştatının beş sahil rayonundan yaxınlaşan güclü "Titli" siklonu ilə əlaqədar, təxminən, 300 min insan təxliyə olunub. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Hindistan Meteorologiya Departamentinin məlumatına görə, ətrafında sürəti saatda 140-150 kilometrə çatan külək olan siklon yaxın zamanda Orissa ştatına leysan yağış gətirəcək. Məhz bu ştatın təbiət hadisəsindən ən çox zərər görəcəyi gözlənilir. Siklon Orissanı "vurduqdan" sonra istiqamətini şimala - Qərbi Benqal ştatına doğru dəyişəcək. Qeyd edək ki, Orissanın sahilyanı rayonlarında əksər dövlət qurumları artıq bağlanıb. İctimai nəqliyyat işləmir, güclü külək nəticəsində qırılan ağaclar və aşan elektrik dirəklərinə görə nəqliyyatın hərəkəti çətinləşib. Balıqçılara dənizə çıxmamaq tövsiyə olunub.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












