Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən Gülçülük Sovxozu küçəsində yolların vəziyyəti kütləvi narazılıq doğurur.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” hesabına video göndərərək məlumat verib. Kadrlardan aydın görünür ki, küçədə asfalt örtüyü tamamilə sıradan çıxıb, yol boyu yaranmış dərin çuxurlar isə hərəkəti xeyli çətinləşdirir.
Şikayətçinin sözlərinə görə, çökəkliklər o qədər dərin və genişdir ki, hətta aşağı sürətlə hərəkət edən avtomobillərə belə maddi ziyan dəyir. Xüsusilə yağışlı və qarlı hava şəraitində vəziyyət daha da ağırlaşır – su ilə dolan çuxurlar yolu keçilməz hala salır.
Bundan əlavə, ərazidə piyadalar üçün nəzərdə tutulmuş səkinin olmaması onların təhlükəsiz hərəkətini məhdudlaşdırır. Nəticədə sakinlər avtomobillərin intensiv hərəkət etdiyi yol ilə hərəkət etməyə məcbur qalırlar ki, bu da əlavə risk yaradır.
Qeyd edək ki, sözügedən ərazidə yol infrastrukturu ilə bağlı problemlər uzun müddətdir davam edir. Məsələ müxtəlif dövrlərdə gündəmə gətirilsə də, indiyədək hər hansı əsaslı tədbir görülməyib.
Sakinlər aidiyyəti qurumlardan problemin qısa müddətdə həllini və yolun bərpasını xahiş edirlər.
Nərmin
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












