Günay Ağamalıya görə işdən çıxarıldığı iddia edilən jurnalistdən AÇIQLAMA

Bir neçə gün əvvəl mediada deputat Günay Ağamalının uşaqpulu ilə bağlı fikirlərini "Facebook"da tənqid etdiyinə görə “Şərq Qapısı” qəzetinin əməkdaşı Elnurə Cəfərovanın şiddətli töhmət alması və işdən çıxarılması ilə bağlı iddialar yayılıb.
Avtosfer.az xəbər verir ki, jurnalist yayılan məlumatlara münasibət bildirib.
O, iddiaların tamamilə əsassız olduğunu və iş fəaliyyətini davam etdirdiyini deyib:
“Artıq iki gündür ki, bir sıra sosial media platformalarında və saytlarda, deputat Günay Ağamalının "uşaqpulu" ilə bağlı fikirlərinə münasibət bildirdiyim statusuma görə guya cəzalandırıldığım, mənə şiddətli töhmət verildiyi və ya işdən çıxarıldığım barədə məlumatlar yayılıb. Əvvəla onu bildirim ki, haqqımda "xəbər" paylaşanların peşəkarlıqdan nə dərəcədə uzaq olduqları və reallığı araşdırmadıqları, paylaşılan başlıqlarda hətta soyadımın belə tamamilə səhv yazılmasından açıq-aydın görünür.
Bildirmək istəyirəm ki, bu iddialar tamamilə əsassızdır və heç bir reallığı əks etdirmir. Mənim iş fəaliyyətim normal qaydada, hər hansı bir maneə olmadan davam edir. Yayılan xəbərlər sadəcə olaraq reallıqdan uzaq dezinformasiyadır.
Bu prosesdə hadisənin əslini bilmədən belə olsa, narahat olan, mənə mənəvi dəstək verməyə çalışan, yanımda olan bütün dəyərli həmkarlarıma və dövlət qurumlarında çalışan mütəxəssislərə, dostlara göstərdikləri həssaslığa və diqqətə görə dərin təşəkkürümü bildirirəm. Sizin bu dəstəyiniz mənim üçün çox qiymətlidir. Həmçinin, digər media qurumlarından və sosial media səhifələrindən xahiş edirəm ki, rəsmi olaraq dəqiqləşdirilməmiş, faktlara söykənməyən bu cür uydurma xəbərləri paylaşmağa son qoysunlar”./bakupost.az
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












