Günlərdir dolub-daşan zibil qutuları daşınmır - VİDEO

Bir həftədən artıqdır Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən yaşayış massivində zibil qutuları daşınmır. Həmin ərazidə yaşayan sakinlər belə iddia edirlər. Havalar isti keçdiyindən yaranan üfunət isə onların evlərinə vurur.
Avtosfer.Az xəbər verir ki, günlərdir dolub-daşan zibil qutuları daşınmır. Üstəlik, bu qutuların yaşayış evlərinin bir addımlığında olması vəziyyəti daha da qəlizləşdirir.
Bura Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni yaşayış massividir. Bu ərazidə yaşayan sakinlər zibil qutularının bir həfətədən çoxdur ki, daşınmamasından şikayətçidirlər. Onlar iddia edirlər ki, havalar isti keçdiyindən ətrafa yayılan üfunətdən həyətlərinə belə çıxa bilmirlər.
Zibillər yığışdırılıb aparılmadığından əraziyə itlər toplaşır. Bu da sakinlər üçün təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, hər ay vaxtı-vaxtında zibil pulu ödəmələrinə baxmayaraq, zibil vaxtında daşınmır. Üstəlik, Biləcəri bələdiyyəsinə şikayət etsələr də, heç bir tədbir görülmür. Adı hallandırılan bələdiyyədən mövqe öyrənmək isə mümkün olmadı. Görünür, problem hələ bir müddət də davam edəcək. Bundan da əziyyət çəkənlər isə sakinlər olacaq.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












