Gürcü, azərbaycanlı və ermənilərdən ibarət cinayətkar qrup ələ keçdi - VİDEO

Fransanın hüquq-mühafizə orqanlarının Lion şəhərində keçirdiyi geniş miqyaslı xüsusi əməliyyat zamanı gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu mütəşəkkil cinayətkar qruplaşmanın 22 üzvü saxlanılıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilmiş brifinqdə məlumat verilib. Bu gün keçirilmiş “VORS 69-01” adlı xüsusi əməliyyat zamanı saxlanılan şəxslərin 10-u Gürcüstan vətəndaşıdır. Onlardan 2-i "qanuni oğru"dur. Fransa və Belçikada fəaliyyət göstərən cinayət qruplaşma üzvləri mənzil və avtomobillər qarət edib, saxta sənədlərin hazırlanması və narkotik istifadəsi ilə məşğul olublar.
Saxlanılan şəxslərin evlərində aparılmış axtarışlar zamanı zinət əşyaları, bahalı avtomobillər, külli muqdarda pul, silah, saxta sənədlər, digər əşyalar və müxtəlif narkotik vasitələr maddi sübut kimi müsadirə olunub. İstintaqla qruplaşmanın vurduğu ziyanın məbləğinin 400 min avrodan çox olduğu müəyyən edilib.
Xüsusi əməliyyatda Fransa, Belçika və Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Əməliyyata xüsusi qüvvələr, robot və helikopterlər də cəlb olunub.
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı










