Gürcüstan Ermənistana avtomobil yolu ilə taxıl daşınmasına qadağa qoyub

Sentyabrın 1-dən Rusiyadan Ermənistana avtomobil yolları ilə yük daşınmasına, xüsusilə də taxıl və taxıl məhsullarının daşınmasına qoyulan məhdudiyyətlər qüvvəyə minir. "Report"un məlumatına görə, Gürcüstan Maliyyə Nazirliyinin 2018-ci il 21 avqust tarixli əmrinə əsasən, bu ölkənin gömrük ərazisinə taxıl və taxıl məmulatlarının gətirilməsi və çıxarılması, yəni tranziti yalnız Gürcüstanın dəniz limanları və dəmir yoları vasitəsi ilə həyata keçirilə bilər. Yalnız avtomobillə yük daşınmalarına ciddi zərurət yarandığı halda, məhdud miqdarda yol verilə bilər.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev məsələni belə şərh edib: “Gürcüstanda iqtisadiyyatın şaxələndirilərək inkişaf etdirilməsi üçün çox mühüm qərarlar qəbul olunur, tədbirlər görülür. İnkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də turizmdir. Lakin bəzi məsələlər səbəbindən bu sahədə ciddi problemlər yaranıb. Hökumət həmin problemlərin kompleks həlli ilə bağlı ciddi addımlar atır. Avtomobil yolları ilə tranzit daşınmalarının məhdudlaşdırılması da bu tədbirlərin bir hissəsidir”.
Onun sözlərinə görə, son təhlillər hər ay Rusiyadan gələn, təxminən, 3000 yüklə dolu avtomobilin Gürcüstan ərazisindən keçməklə Ermənistana getdiyini göstərir: "Eyni zamanda o qədər də boş avtomobil geri qayıdır. Bu da sərhəd-keçid məntəqəsində çox ciddi gecikmələr yaradır və bundan inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da, öz növbəsində, Gürcüstanın turizmdən əldə olunan gəlirlərinin əsaslı surətdə azalmasına səbəb olur. Gürcüstan hökuməti beynəlxalq təcrübəyə əsaslanaraq avtomobil yolları ilə daşınmalara qadağa qoyub. Burada qanunazidd heç nə yoxdur".
M.Dərziyev deyib ki, Rusiyadan Ermənistana yük daşınmaları bundan sonra dəmir yolu və dəniz limanları vasitəsilə həyata keçirilməlidir: "Ermənistan tərəfi Gürcüstan hökumətinin bu qərarını anlayışla qarşılamalıdır".
"Gürcüstan Maliyyə Nazirliyinin bu qərarı hərbi yol kimi tanınan Yuxarı Lars yoluna alternativ başqa yolun açılmasına əsas verə bilməz: "Gürcüstan hökumətinin qərarı Abxaziyadan keçən dəmir yolunun açılmasına səbəb ola bilməz. Abxaziya üzərindən dəmir yolunun açılması barədə söz-söhbətlər əsassızdır”, - deputat vurğulayıb.
Qeyd edək ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov gürcü həmkarı Giorgi Volskiyə zəng edərək bu qərarın ölkəsində narahatlıq doğurduğunu bildirib. O, bu məsələni Gürcüstan hökumətinin və parlamentinin nümayəndələri ilə müzakirəsini təklif edib. Lakin Gürcüstan tərəfi Ermənistana cavab verməyib.
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır










