Gürcüstan mətbuatı Azərbaycan ilə Çin arasında imzalanan bəyanatdan yazdı - FOTO

Gürcüstanın nüfuzlu ipress.ge portalı Azərbaycan Prezidenti İlham Əliyevin Pekində Çin Sədri Si Cinpinlə görüşü barədə material yayıb.
Avtosfer.az xəbər verir ki, məqalədə hər iki ölkə liderinin Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasını bəyan etdiyi vurğulanıb.
Portal Çinin "Sinxua" informasiya agentliyinə istinadla Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyanatın tam mətnini dərc edib.
Bildirilir ki, 18 bənddən ibarət birgə bəyanatda hər iki ölkənin əsas maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birini qətiyyətlə dəstəkləyəcəkləri vurğulanır.
Birgə bəyanatda tərəflər nəqliyyat infrastrukturunun inkişafı, həmçinin mədəniyyət və yaradıcılıq qrupları sahəsində əməkdaşlıq, eyni zamanda turizm, səhiyyə, idman, kino və televiziya sahələrində, eləcə də media sektorunda qarşılıqlı səfərlər, məlumat və təcrübə mübadiləsi vasitəsilə əməkdaşlığın genişləndirilməsini dəstəkləyiblər.
Tərəflər humanitar mübadilənin daha da inkişafına kömək etməyə hazır olduqlarını bildiriblər.

“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












