Gürcüstan-Rusiya magistral yolu yenidən bağlanıb

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı - Yuxarı Lars yolu dekabrın 13-də bütün növ avtomobillər üçün bağlanıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müvafiq dövlət strukturları məlumat yayıb. Məlumatda deyilir ki, hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən yolda bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Məlumata görə, hazırda yolda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, Ukrayna və digər ölkələrə məxsus 200-dən çox yük maşınları, eləcə də minik avtomobilləri dayanıb. Bundan başqa, Transqafqaz magistralı da (Transkam) bağlanıb. Bu magitrala yaxın dağlarda qar uçqunu ola biləcək əraziləri zərəsizləşdirmək üçün kəşfiyyat xarakterli atəş hazırlığı aparılır.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












