Gürcüstan vətəndaşlarının olduğu tankeri quldurlar ələ keçirib

Yunanıstanın bir neçə gündür itkin düşmüş "Pantelena" tankeri avqustun 14-nə keçən gecə dəniz quldurları tərəfindən ələ keçirilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, gəmi kapitanı Laşi Qadelinin sözlərinə görə, quldurlar 17 Gürcüstan və 2 Rusiya vətəndaşından ibarət heyət üzvlərini 9 gün girov saxlayıblar. "Gəmini həmin vaxt mənim köməkçim idarə edirdi, onu silahla təhdid edərək tankeri qaçırıblar. Quldurlar bütün heyət üzvlərini bir kayuta salıblar və 9 gün orada saxlayıblar", — deyə o telefon vasitəsi ilə Gürcüstanın İctimai Televiziyasına bildirib. Kapitanın sözlərinə görə, quldurlar dənizçilərə zərər yetirməyiblər və onları avqustun 23-də azad ediblər. Bununla belə kapitan onların hansı şərtlər müqabilində sərbəst buraxıldıqlarını açıqlamayıb. Gəmi avqustun 14-də Qabon sahillərində itib. Avqustun 23-də Mərkəzi Afrika Respublikasının dəniz idarəsi peyk vasitəsi ilə gəmini aşkar edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












