Gürcüstanda azərbaycanlı gənc borca görə qətlə yetirilib

Gürcüstan paytaxtı Tbilisi şəhərinin ətrafında yerləşən Kvemo Poniçala kəndində 35 yaşlı Ramiş Güləhmədov qətlə yetirlib. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 26-da gecə saatlarında kənddə yerləşən kafelərdən birində baş verib.
R.Güləhmədovun həmkəndlisi Emil Əmirova 1 500 dollar məbləğində borcu olub. Borc üstündə yaranmış mübahisə nəticəsində E.Əmirov R.Güləhmədovu bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılsa da, qan itirməsindən onun həyatını xilas etmək mümkün olmayıb.
R.Güləhmədov evli və 3 azyaşlı uşaq atası idi.
Polis qətldə ittiham olunan E.Əmirovu “isti izlər”lə saxlayıb. O, günahını etiraf edib.
Faktla bağlı şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər yetirmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs cəzası gözləyir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










