Gürcüstanda yük daşımaları azalıb, sərnişin daşınması artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan ərazisi ilə 30,1 mln. ton yük daşınıb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. İlin ilk 9 ayında qonşu ölkə üzərindən daşınan yüklərin həcmində illik müqayisədə 0,2 mln. ton azalma qeydə alınıb. Hesabat dövründə yüklərin böyük həcmi 22,5 mln. ton olmaqla avtomobil yolları ilə daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 0,2 mln. ton çoxdur. Dəmir yolu vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 0,4 mln. ton azalaraq 7,5 mln. ton təşkil edib. Gürcüstanın hava nəqliyyatı ilə yüklərin daşınmasında da azalma qeydə alınıb. Bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə daşınan yüklərin həcmi illik müqayisədə 7,8 mln. ton azalaraq 18,9 mln. ton təşkil edib. Dəniz liman və terminalları vasitəsilə, ümumilikdə, 11,2 mln. ton yük daşınması həyata keçirilib. Yanvar-sentyabr aylarında qonşu ölkədə daşınan sərnişinlərin sayı 308,8 mln. nəfər təşkil edib ki, bu da illik müqayisədə 8,8 mln. nəfər çoxdur. Sərnişinlərin 302,7 mln. nəfəri avtomobil yolları vasitəsilə daşınıb. Dəmir yolu və hava nəqliyyatı vasitəsilə isə müvafiq olaraq 2,2 mln. və 3,9 mln. nəfər sərnişin daşınıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












