Güzəştli mənzillərin satış nəticələri LƏĞV OLUNDU - VİDEO

Məlumdur ki, mayın 7-də MİDA tərəfindən Yasamal yaşayış kompleksinin ilk mənzilləri satışa çıxarıldı. Amma texniki səbəblərdən mənzillərin seçimində problemlər yaranmışdı. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı yaradılan komissiyanın araşdırmalarından sonra ilkin mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib. Başqa sözlə, mənzillər yenidən satışa buraxılacaq. Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus Yasamal Yasayış Kompleksində ilk mənzillərin seçimi yenidən təşkil ediləcək. Çünki ilk seçimə mayın 7-də start verilsə də, vətəndaşlar bir sıra problemlərlə qarşılaşmışdılar. Agentliyin mətbuat xidmətinin rəhbəri Diana Dadaşovanın sözlərinə görə, yaranan texniki nasazləqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub.
Mənzillərin seçimi mərhələsində baş vermis texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə Mənzil Insaati Dövlət Agentliyində müvafiq Komissiya yaradılıb. "Güzəştli mənzil" sisteminin istifadəçilərinin seçim imkanlarinin qeyri-bərabərliyinin bu elektron sistemin əsas is prinsiplərinə zidd olduğunu nəzərə alınaraq ilk mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.
Hazırda "Güzəstli mənzil" sisteminin etibarli fəaliyyətinin təmin edilməsi və sistemin hər bir istifadəçisinə bərabər seçim şəraitinin təmin olunmasi üçün tədbirlər həyata keçirilir.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












