Hacı İbrahimin qardaşının məhkəməsinə zərərçəkmişlər məcburi gətiriləcəklər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İsmayıl Cəfərov ifadə verib. O, təqsirləndirilən şəxsi tanımadığını, "Sahil-D" şirkətindən 2011-ci ildə mənzil aldığını bildirib: "Məzahir Cəfərovla görüşdüm. Ona hissə-hissə 50 min manat ödədim. Sonradan məlum oldu ki, həmin mənzil məndən başqa 2 nəfərə də satılıb. Ancaq bu barədə məni narahat edən olmayıb və hazırda həmin mənzildə yaşayıram". Təqsirləndirilən S.İbrahimov da zərərçəkmişi tanımadığını söyləyib.
Digər zərərçəkmiş Eldəniz Cəfərov isə qeyd edib ki, "Sahil - D" şirkətindən aldığı evi sonradan dostunun qohumuna satıb: "2016-cı ildə evi məndən alan şəxs şikayət etdi ki, mənzil başqa bir adama da satılıb. Mən isə buna inanmadım. Sonradan araşdırdım, Məzahirlə görüşdüm. O da bildirdi ki, problem yaranıb, həll ediləcək. Sonra da bu problem aradan qaldırıldı".
Zərərçəkmiş söyləyib ki, S.İbrahimovu tanımır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur.
Hakim digər zərərçəkmişlərin məhkəməyə gəlmədiyini qeyd edib. Məhkəmə onlar haqqında məcburi gətirilmə qərarı çıxarıb.
Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.
Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO










