Hacıqabul polisi uğurlu əməliyyat keçirdi - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonunun Rəncbər kənd sakini Əlikram Məmmədov saxlanılıb. Onun üzərinə şəxsi baxış zamanı ümumi çəkisi 1,095 qram, yaşadığı fərdi evdən axtarış zamanı isə ümumi çəkisi 260 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini Nicat Abdullayevdən 1 ədəd müvafiq sənədləri olmayan “TULA” markalı qoşalülə ov silahı və 2 ədəd patron aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Namiq


Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












