Hacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDU

Hacıqabulda 23 yaşlı oğlu ilə 16 yaşlı qızı evləndirən ataya hökm oxunub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Meyniman kəndində qeydə alınıb.
İttiham aktına görə, 49 yaşlı Elsevər Həmidov (ad və soyad şərtidir) 23 yaşlı oğlu ilə 16 yaşlı qız üçün evlərinin həyətində toy məclisi qurub. Lakin daxil olan məlumat əsasında polis əməkdaşları müdaxilə edərək, toy məclisini dayandırıblar. Elsevər Həmidov ifadə vermək üçün polis şöbəsinə aparılıb və barəsində Cinayət Məcəlləsinin 176-2-ci (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 23 yaşlı oğlu üçün qız axtarıblar və Sabirabadda Günay (şərti adla) adlı qızın çox tərbiyəli olduğunu ona deyiblər. Nəticədə Elsevər ailəsi ilə iki dəfə qızın evinə elçiliyə gedib. Lakin qızın 16 yaşı olduğunu sonradan, onlara molla kəbini hazırlamaq üçün şəxsiyyət vəsiqəsi istəyəndə biliblər. Əvvəlcə yaş məsələsinə görə ailələr arasında narazılıq yaransa da, Elsevər sonradan toy etmək fikrinə düşüb. Buna səbəb isə onun digər oğlunun xəstə olması və qardaşının toyunu görmək istəməsi olub. Elsevər bildirib ki, toy zamanı gəlin iştirak etməyib. Niyyətləri, sadəcə, toy məclisi keçirmək, gəlini isə 18 yaşı tamam olandan sonra gətirmək olub. Onların bu fikirləri ilə qız evi də razılaşıb.
Zərərçəkən Günay ifadəsində orta məktəbin 5-ci sinfinə qədər təhsil aldığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Elsevər Həmidov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona, həmçinin elektron qolbaq taxmaq, bir il ərzində Hacıqabulu tərk etməmək və gecə saat 11-dən səhər saat 7-dək evdən çıxmamaq tapşırılıb.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR











