Hacıqabulda və Biləsuvarda brakonyerlər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının respublika ərazisində keçirdikləri reyd zamanı Hacıqabul rayonu Atbulaq kəndi ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini İmran Məmmədov olduğu müəyyən edilib, ondan adları “Qırmızı Kitab”a düşən ütəlgi, muymulu, qaragöz quşları və ov alətləri götürülüb, təqsirkar şəxs inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən isə Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb.
Araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Cavid Nehmətov, Murad Niftullayev və Miryusif Əzizli olduğu müəyyən olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












