Hadisə yerindən yayınan sürücülər saxlanılıblar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə və xəsarətlə nəticələnmiş yol qəzaları törədərək hadisə yerindən yayınan sürücülər müəyyən edilərək saxlanılıblar. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 19-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yolu keçən piyadanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində ölməsi barədə 10-cu polis bölməsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və həmin şəxsin qəsəbə sakini Süleyman Nəbiyev olduğu müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən “Daewoo” markalı 211 saylı xətt avtobusunun sürücüsü, Bakı şəhər sakini Fərhad Ağayev müəyyən edilərək saxlanılıb. Oktyabrın 20-də saat 20 radələrində Abşeron rayon Polis idarəsinə Saray qəsəbəsi ərazisində yolu keçən Sumqayıt şəhər sakini Malik Həbibovun müəyyən edilməmiş avtomobillə vurulması və aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanın “Mitsibishi” markalı avtomobillə törədildiyi, sürücünün isə hadisə yerindən yayındığı müəyyən edilib. Görülmüş tədbirlərlə Bakı şəhər sakini Vüqar Cumayev polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












