Hakimin gözü önündə arvadını öldürən şəxsin məhkəməsi başlayır

Mingəçevir şəhərində arvadını Mingəçevir Şəhər Məhkəmə zalında öldürməkdə təqsirləndirilən Xalid Əliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən əldə etdiyi məlumata görə, cinayət işi yekunlaşdırılaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib. Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Qeyd edək ki, hadisə bu il iyun ayının 29-da Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub. Belə ki, Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib. X.Əliyev Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










